“Könüllü” tarif paketi təqdim olundu

Dekabr 05,2020 10:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi ilə əlaqədar “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşəbbüsü əsasında Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC könüllülərin daha sərfəli şərtlərlə danışmasına və internetdən istifadəsinə imkan verəcək “Könüllü” tarif paketi təqdim edir.

Yeni tarif paketinə qoşulan abunəçilərə hər ay 600 dəqiqə danışıq vaxtı, 6 GB həcmində internet trafiki verilir. Bundan əlavə 6 GB mobil internet isə Azercell-in rəqəmsal tətbiqləri “Zvuk”, “ivi”, “Bookmate”, “Busuu” kimi tətbiqlərdən istifadə üçün nəzərdə tutulub. Bütün bunlarla yanaşı, “Könüllü” tarif paketinin abunəçiləri Whatsapp-dan pulsuz yararlana bilər. Paketin aylıq abunə haqqı 6 manat 30 qəpik təşkil edir.

Azərbaycanda könüllü fəaliyyəti ilə məşğul olan şəxslər tarifə qoşulmaq,  paketə daxil olan təkliflər, qoşulma qaydası və digər təfərrüatlar haqqında ətraflı məlumat almaq üçün “Regional İnkişaf” İctimai Birliyinin www.riib.az rəsmi internet səhifəsinə  müraciət etməlidirlər.  Könüllülər yeni tarif paketinin idarə olunması, yeniliklər barədə xəbərdar olmaq üçün Azercell-in “Kabinetim” tətbiqindən də istifadə edə bilərlər.

Azercell öz abunəçilərini sərfəli kampaniyalar, endirimli tarif paketləri və geniş sayda xidmətlərlə sevindirməkdə davam edəcək.