“Könüllülərlə iş” kitabının təqdimatı olub

Dekabr 07,2020 16:54

Dekabrın 7-də “Bakı Şəhər Halqası” Akademiyasında Formula 1 Azərbaycan Qran-prilərində ən fəal könüllülərin və jurnalistlərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə, həmçinin “Könüllülərlə iş” kitabının təqdimatı da baş tutub. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin dəstəyi ilə çap edilən kitabda könüllülük fəaliyyəti, könüllü proqramının qurulması və könüllülərlə işin təşkilinə dair məlumatlar əksini tapıb.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin əməkdaşları Tural Hümbətovun və Atif Qəmbərovun müəllifi olduqları kitab həm könüllülər, həm də könüllülərlə işləyən hər kəs üçün faydalı məlumat vasitəsidir.