Pandemiya dövründə fəaliyyət

Azərbaycan könüllüləri növbəti dəfə “Könüllü Qonşu” aksiyası çərçivəsində səfərbər oldular

24.01.2021 19:10

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair qaydalara əsasən, 65 yaşdan yuxarı olan şəxslərin təhlükəsizliyini qorumaq məqsədi ilə onlara evdən çıxmamaları tövsiyə olunmuşdur. Bu kateqoriyaya aid və tənha olan şəxslərə ən operativ köməklik göstərə biləcək şəxslər isə məhz qonşulardır.

Bu məqsədlə Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşəbbüsü ilə sayca ikinci dəfə ölkənin bütün şəhər və rayonlarını əhatə edən “Könüllü Qonşu” akiyasına start verilib. Ötən ilin dekabrın ortasından başlayaraq 18 yanvar 2021-ci il tarixinədək davam edən sərtləşdirilmiş karantin rejimi dövründə könüllülər bu dövrün tələbləri ilə əlaqədar dərman, gündəlik ərzaq ehtiyaclarını almaq və məişət tullantılarını atmaq üçün evdən çıxa bilməyən qonşularına xüsusi qayğı və dəstək göstəriblər. Onlar yaşadıqları ərazidə qonşularının asanlıqla görə biləcəyi yerlərdə üzərində əlaqə vasitələri qeyd olunan elanlar yerləşdirərək hər an köməyə hazır olduqlarını bildiriblər.

İlk dəfə ötən ilin aprel ayında həyata keçirilən “Könüllü Qonşu” aksiyası çərçivəsində bu günə qədər Şəki, Zaqatala, Qəbələ rayonları da daxil olmaqla respublikanın 45-dən çox şəhər və rayonununda ümumilikdə 1200-dən çox könüllünün iştirakı ilə 2000-ə yaxın ailəyə yardım göstərilib. Könüllülər əsasən ehtiyacı olan insanlara, xüsusən kimsəsiz olan əlillərə və 65 yaşdan yuxarı tənha ahıllara gündəlik lazımi zəruri ehtiyaclarına dair dəstəyin göstərilməsini təmin ediblər.

Aksiyada olduqca böyük həvəslə iştirak edən könüllülər xalqımız arasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə öz töhfələrini verərək, ehtiyac yaranan bütün hallarda vətəndaşlarımıza hər zaman dəstək göstərməyə hazır olduqlarını nümayiş etdiriblər.

Xatırladaq ki, Azərbaycan Könülllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə könüllülər bundan öncə də xalqımızın sosial rifahının yaxşılaşdırılması, eləcə də humanitar yardımların çatdırılması məqsədilə “Bir-birimizi qoruyaq!”, “Könüllü Donor”, “Böyüklərimizi qoruyaq!”, “Birlikdə Dəstək” kimi aksiyaların həyata keçirilməsində yaxından iştirak ediblər.

Digər

“ASAN Könüllüləri” Təşkilatı yeni layihəsi olan “Education Hunting”i təqdim edir!

24.01.2021 11:08

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və "Gradfeld" xaricdə təhsil mərkəzinin tərəfdaşlığı ilə onlayn həyata keçiriləcək layihə çərçivəsində siz xaricdə təhsil imkanları, yaşayış xərcləri, universitet və ixtisas seçimi, təqaüd proqramları, viza məsələləri, dil sertifikatlarının əldə edilməsi kimi zəruri mövzularda məlumat əldə edə bilər, eyni zamanda öz suallarınızı təlimçilərə ünvanlayaraq onlara cavab tapa bilərsiniz.

Keçiriləcək görüşlərin mövzuları və tarixləri:

Almaniya və Avstriyada təhsil – 25.01.21 17:00

İngiltərədə təhsil - 27.01.21 17:00

Estoniya, Latviya və Litvada təhsil – 29.01.21 17:00

Polşa, Çexiya və Macarıstanda təhsil – 01.02.21 17:00

ABŞ və Kanadada təhsil – 03.02.21 17:00

İtaliya və İsveçdə təhsil – 05.02.21 17:00

Asiya ölkələrində təhsil – 07.02.21 17:00

Qeydiyyat linki: https://bit.ly/2Yn5b1P

Müharibə dövründə fəaliyyət

AZƏRBAYCAN KÖNÜLLÜLƏRİ ERMƏNİ TƏCAVÜZÜNDƏN ZƏRƏR GÖRMÜŞ AİLƏLƏRƏ BAŞ ÇƏKİBLƏR

22.11.2020 18:44

Azərbaycan könüllüləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və mülki infrastrukturu, o cümlədən yaşayış binalarını mütəmadi atəşə məruz qoyması və bir çox hallarda yaşayışa yararsız vəziyyətə salması nəticəsində evlərindən didərgin düşmüş ailələrə baş çəkiblər.

Məlum olduğu kimi, dövlət tərəfindən bu cür ailələr müvəqqəti sığınacaqlarda yerləşdiriliblər. Sığınacaqlara baş çəkən könüllülər oradakı azyaşlı uşaqlarla görüşüb, onların müharibə vəziyyəti ilə əlaqədar olaraq keçirdikləri psixoloji gərginləyi aradan qaldırmaq, əhval-ruhiyyələrini yüksəltmək üçün kiçik sürprizlər edib, boyama kitabçaları paylayıb, birlikdə rəsm çəkib, müxtəlif oyunlar oynayaraq əyləncəli vaxt keçiriblər.

Könüllülər uşaqlara mənəvi dəstək olaraq hazırda ölkəmizdə yaşanan möhtəşəm tarixi hadisənin canlı şahidi olduqlarını, Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının ən tez zamanda Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad olunacağını, hər bir kəsin tezliklə öz doğma evinə qayıdacağını bildiriblər.

Hazırda çəkdikləri məhrumiyyətdən doğan acını ordumuzun davamlı zəfərləri ilə unudan uşaqlar cənab Prezidentin hər zəfər müjdəsini böyük sevinclə qarşıladıqlarını və bu gün qəhrəmanlıq göstərən əsgərlərimizin onlar üçün nümunə olduğunu söyləyiblər. Onlar bu vətən müharibəsində tezliklə qalib gələcəyimizi və Şuşaya səyahət edəcəkləri günü gözləyirlər.

Qeyd edək ki, Azərbaycan könüllüləri hər zaman ölkədə həyata keçirilən tədbirlərdə aktiv iştirak edir və torpaqlarımızın azadlığı uğrunda gedən müharibə dövründə xalqımıza dəstək göstərməyə hər an hazır olduqlarını nümayiş etdirirlər.