Azərbaycan Könüllülərinin Şəbəkələşməsi və İnkişafı üzrə Tərəfdaşlıq Proqramı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi digər dövlət qurumları ilə əlaqəli şəkildə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır. Bu istiqamətdə ölkənin könüllü fəaliyyəti üzrə aparıcı qurumları tərəfindən Azərbaycan Könüllülərinin Şəbəkələşməsi və İnkişafı üzrə Milli Platformanın konsepsiyası hazırlanmış və müvafiq işlərə başlanılmışdır. Milli Platformanının məqsədi Azərbaycan Respublikasında könüllü fəaliyyətin vahid şəkildə idarə edilməsini, dövlət qurumları, habelə mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət qurumları) fəaliyyətinə könüllülərin cəlb edilməsini, fəaliyyətinin əlaqələndirilməsini, bu sahədə əlaqələndirmə və qiymətləndirmənin aparılmasını, könüllü fəaliyyətin inkişafını dəstəkləyən, dövlət qurumlarınında könüllü fəaliyyət üzrə məsələləri əlaqələndirən elektron informasiya sistemidir.